Slimfit
  1. MEDİA

AMEA Yüksək Texnologiyalar Parkı ilkin maliyyə hesabatlarının audit yoxlamasından uğurla çıxıb

AMEA Yüksək Texnologiyalar Parkı ilkin maliyyə hesabatlarının audit yoxlamasından uğurla çıxıb
Sakura

AMEA Yüksək Texnologiyalar Parkı ilkin maliyyə hesabatlarının audit yoxlamasından uğurla çıxıb

Ölkəmizdə həyata keçirilən innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsi, yenilikçi təşəbbüslərin kommersiyalaşdırılması işlərində AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) da yaxından iştirak edir. Texnopark innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması üçün öz fəaliyyətini şəffaflıq prinsipləri üzərində qurub.

“M and J Consulting” MMC tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 31 dekabr 2021-ci il tarixinə olan ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan hesabat ili üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər, ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılıb.

Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatlarla bağlı rəyi müsbət olub. “AMEA Yüksək Texnologiyalar Parkı” MMC 5 illik fəaliyyəti ərzində ilk dəfə olaraq son maliyyə ilini mənfəətlə başa vurub. Qeyd etmək yerinə düşər ki, AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən aparılan təbliğat və təşfiqat işləri ilə birgə, rezidentlərə daha yaxşı xidmətlərin göstərilməsi və fəaliyyətlərinin daha da keyfiyyətlə həyata keçirməsi üçün son illərdə atılan addımlar öz bəhrəsini verməyə başlamışdır.

Auditorun rəyinə əsasən, ilkin maliyyə hesabatlarının Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyətini və başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirilməsi qeyd olunmuşdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR