Slimfit
  1. CƏMİYYƏT

AMEA 'Salaam Cinema Baku'nun yerləşdiyi bina ilə bağlı rəyi Mədəniyyət Nazirliyinə göndərib

AMEA 'Salaam Cinema Baku'nun yerləşdiyi bina ilə bağlı rəyi Mədəniyyət Nazirliyinə göndərib
Sakura

AMEA 'Salaam Cinema Baku'nun yerləşdiyi bina ilə bağlı rəyi Mədəniyyət Nazirliyinə göndərib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib.

Bunu “Report”a açıqlamasında institutun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva deyib. 

O bildirib ki, Nazirlər Kabineti tərəfindən "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın tarixi abidələr siyahısına salınmasına rəy verilməsi üçün AMEA-ya edilən müraciətə baxıldıqdan dərhal sonra araşdırmalara başlanılıb: “Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin əməkdaşları tərəfindən ekspert qrupu yaradılıb və Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 10 ünvanındakı "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binaya baxış keçirilib. Həmin binaya, həqiqətən də, tarixi abidə statusu verilə biləcəyi öz təsdiqini tapıb. Baxış keçirən zaman binanın digər xristian məbədlərindən fərqləndiyi məlum olub. Digər xristian ibadətgahlardan fərqli olaraq bu binada altarın (mehrab – şərqə istiqamətləndirən nişan) olmadığı üzə çıxıb. Araşdırmalarla malakanların ibadətgahlarında altardan istifadə olunmadığı müəyyənləşib. Ekspert qrupu tərəfindən həmin binanın yeni aşkar olunmuş abidə kimi qeydiyyata salınması üçün müsbət rəy hazırlanıb və Mədəniyyət Nazirliyinə göndərilib. Yaxın günlərdə həmin rəy Mədəniyyət Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabineti də rəyi təsdiq etdikdən sonra "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət etmişdi.

Xatırladaq ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR