Slimfit
  1. TƏHSİL VƏ KARYERA

AMEA prezidenti dərsliklərdən danışdı

AMEA prezidenti dərsliklərdən danışdı
Sakura

AMEA prezidenti dərsliklərdən danışdı

“Sosializm, kommunizm sözü dərsliklərdən çoxdan silinsə də, o dövrdə formalaşdırılan modellər, sxemlər hələ də elmi-tədqiqat əsərlərində, orta məktəb kitablarında yaşamağa davam edir”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orta və ali məktəblərdə keçirilən humanitar fənlərdə tarixin, cəmiyyətin dövrləşmə prosesində Marksın nəzəriyyəsi əsas götürülür.

“Əlbəttə, Marksın adı çəkilmir. Lakin “Tarix” kitablarında quldarlıq, ibtidai icma dövrü-qədim dövr tariximiz, feodalizm dövrü-orta əsr tariximiz, kapitalizm dövrü- yeni dövr tariximiz, sosializm isə ən yeni dövr tariximiz kimi tədris olunur. Bunu heç kəs, o cümlədən, də mən də inkar etmirəm. Marks nəzəriyyəsi Avropa ölkələri üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətinin reallıqları dövlərin başqa formada təsvir olunmasını tələb edir. Marks nəzəriyyəsi, tarixin belə dövrlərə bölünməsi müstəqil Azərbaycanın maraqlarına uyğun deyil. Bu istiqamətdə islahatların aparılmasına ehtiyac var və Akademiya olaraq buna başlamağı özümüzə borc bilmişik.

Artıq Azərbaycan ədəbiyyatının dövrlərdə konspesiyası və inkişaf mərhələləri orta məktəbdə və akademik tədqiqatlarda əksini tapıb. Yeni inkişaf mərhələləri hazırlanarkən azərbaycançılıq prosesi, dünya sivilizasiyalarının inkişaf mərhələləri, dövlətçilik tarixi və real ədəbi proseslər nəzərə alınıb. Hazırda Azərbaycan tarixinin inkişaf konsepsiyası və mərhələləri üzərində iş gedir. Azərbaycan incəsənətinin inkişaf mərhələləri müzakirə prosesindədir. Bunlar dərsliklərdə də öz əksini tapmalıdır”, - deyə AMEA prezidenti fikirlərini əsaslandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR