Slimfit
  1. MEDİA

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq edəcək
Sakura

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi Türkiyənin Abant İzzet Baysal Universiteti ilə əməkdaşlıq…

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru professor Ercan Yılmazla görüşüblər. Qurumun yarımkeçirici cihazların istehsalı istiqamətində elmi-tədqiqat işləri və istehsal imkanları ilə tanış olublar.     Görüşdə Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının  hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.

         Səfər çərçivəsində Azərbaycanlı alimlərin təklifləri əsasında hazırlanmış silisium əsaslı yarımkeçirici fotoqeydedicilər, onların tətbiq sahələri haqqında F.Əhmədov tərəfindən təşkil edilən seminar böyük maraqla qarşılanıb.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR