Slimfit
  1. CƏMİYYƏT

AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq

AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq
Sakura

AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi aparılır.
 
Moderator.az-a daxil olan məlumata görə, yaxınlarda AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq və akademiyada ixtisarlar olacaq.
 
Məlumatda bildirilir ki, akademiyanın Mətbuat və informasiya idarəsinin ləğv olunacağını əməkdaşlara Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev deyib.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR