Slimfit
  1. MEDİA

AMEA-nın birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib

AMEA-nın birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar  yüksək texniki göstəriciləri ilə seçilib
Sakura

AMEA-nın birgə istehsal etdiyi hərbi təyinatlı cihazlar yüksək texniki göstəriciləri ilə seçilib

Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

         Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.

         Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcısı, “Sərhəd Sipər Sistemi”  və digər hərbi təyinatlı cihazlara baxış keçirilib. Adıçəkilən cihazların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

         Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.

  

      

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR