Slimfit
  1. MEDİA

AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilməsi barədə vəsatət qaldırılıb

AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilməsi barədə vəsatət qaldırılıb
Sakura

AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilməsi barədə vəsatət qaldırılıb

AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilməsi barədə vəsatət qaldırılıb

AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun bazasında isə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında məsələlər də müzakirə olunub.

Akademik İsa Həbibbəyli bildirib ki, yeraltı maddi mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. Xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib. Qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.

Akademik İsa Həbibbəyli struktur dəyişikliyinin ölkəmizdə aparılan arxeoloji tədqiqatlara diqqətin daha da artırılmasına və onu yeni inkişaf mərhələsinə qaldırmasına təkan verəcəyini söyləyib. 

Müzakirələrdən sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub. Məsələ ilə bağlı çıxış edək akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilmiş, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılmışdır: “Bu yeni elmi istiqamət etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və dünyа хаlqlаrının məişət və mədəniyyəti, аdət-ənənələri, еtnik birliklərin yаrаnmаsı və inkişаfı, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələri kimi məsələləri əhatə edir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni konsepsiyaların hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı, etnoqrafiya və etnologiya böyük əhəmiyyətə malikdir”.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix  İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR