Slimfit
  1. AZƏRBAYCAN

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
Sakura

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub

 

On ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının ərazisində respublika və beynəlxalq səviyyəli arxeoloji araşdırmalar və çoxlu sayda tədqiqatlar aparılır. Bu il bölmənin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə əvvəlki illərdəki tədqiqatlarını davam etdirib, bölgənin I Kültəpə, Duzdağ və Naxçıvantəpə yaşayış yerlərində qazıntılar aparıblar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “Naxçıvanda arxeoloji tədqiqatlar” mövzusunda keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. O qeyd edib ki, qazıntılar zamanı Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi-arxeoloji əsaslarla dəqiqləşdirilib. O, I Kültəpə yaşayış yeri ətrafında əvvəlki illərdə aparılan arxeoloji araşdırmalarda aşkarlanan eneolit dövrü yaşayış yerinin tədqiqinin davam etdirildiyini bildirib.

Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Ketrin Marro bu ilin oktyabrında Bakı şəhərində açılacaq sərgidə I Kültəpə, Ovçular təpəsi və Duzdağda araşdırmalar zamanı əldə olunan materialların da nümayiş etdiriləcəyi barədə məlumat verib.

K.Marro arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş etdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR