Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib

AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib
Sakura

AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə fəaliyyətinin hesabatı dinlənilib

14 dekabr 2020-ci il tarixində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə elmi-təşkilati fəaliyyətinin hesabatı dinlənilib. Onlayn formatda keçirilən iclasdan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, akademiklər Qərib Məmmədov, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Pənah Muradov, b.e.d., prof. Ulduz Həşimova, a.e.ü.f.d. Ə. Eyvazov və Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvləri iştirak ediblər. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclası açaraq gündəlikdəki əsas məsələ kimi AMEA Mərkəzi Nəbatat Bağının 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın müzakirə ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Mərkəzi Nəbatat Bağının direktoru biologiya elmləri doktoru Vahid Fərzəliyev geniş təqdimatla çıxış edərək bildirib ki, hesabat ilində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”sı, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası”, “Azərbaycan  Respublikasinin milli  iqtisadiyyat perspektivi  üzrə  strateji  yol  xəritəsi” çərçivəsində Mərkəzi Nəbatat Bağı fəaliyyətini uğurla həyata keçirib. 2020-ci ildə “Təbii və mədəni floradan olan bitki növlərinin introduksiyası və kolleksiya fondunun yaradılması” problemi üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işlərini həyata keçirib. Mərkəzi Nəbatat Bağının alimləri tərəfindən 1 kitab, 2 monoqrafiya, yerli mətbuatda 8 məqalə və 4 tezis, xarici məqbuatda 5 məqalə,  İmpakt faktorlu jurnallarda 7 məqalə dərc edilib, elmi işçilərin əsərlərinə 26 istinad edilib. 

V.Fərzəliyev qeyd etdi ki, Bağın əməkdaşları 4 layihədə, 2 beynəlxalq treyningdə iştirak edib, Botanika Bağlarının Mühafizəsi Üzrə Beynəlxalq Təşkilatı, “REC Caucasus”, Botanika Bağlarının İqlim Dəyişmələri İttifaqı, Böyük Britaniya, Kyu Kral Botanika Bağları və başqa təşkilatlar ilə əməkdaşlıq əlaqələri qurulub. Hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçi BTEB-in və institutun Elmi şurasının üzvlərini maraqlandıran  sualları cavablandırıb.

Akademiklər Qərib Məmmədov və Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Novruz Quliyev və Maqsud Qurbanov, biologiya elmlər doktorları Ulduz Həşimova və Şakir Qasımov hesabatın müzakirəsində yaxından iştirak edərək, hesabatı müsbət dəyərləndiriblər.

Sonda çıxış edən akademik İradə Hüseynova Bağın fəaliyyətini qənaətbəxş qiymətləndirərək, növbəti illərdə ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsini tövsiyə edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR