AMEA Mərkəzi Nəbatat Bağında “Elm günü”nə həsr olunmuş “Qafqaz florasının nadir bitkiləri” mövzusunda…
27-29 mart 2019-cu il tarixlərində AMEA Mərkəzi Nəbatat Bağında “Elm günü”nə həsr olunmuş “Qafqaz florasının nadir bitkiləri” mövzusunda elmi-maarifləndirici sərgi keçirilib.
Sərginin əsas məqsədi Azərbaycanda son illərdə nadir bitki növlərinin tədqiqi ilə bağlı məlumatları və bu sahədə alimlərin əldə etdiyi elmi nailiyyətləri ictimaiyyətə çatdırmaqdan ibarət olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının, tələbə və məktəblilərin də iştirak etdiyi açılış tədbirini giriş sözü ilə açan AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev Qafqaz florasının zənginliyi və onun flora müxtəlifliyinin öyrənilməsində Mərkəzi Nəbatat Bağının rolundan və əldə olunan nailiyyətlərdən danışmışdır.
Tədbirdə çıxış edən AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə bu sahədə aparılan işlərin vacibliyini qeyd edərək, müasir dünyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən, yeni yanaşma üsullarından danışmış, ölkəmizin flora zənginliyinin mühafizəsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək sərginin əhəmiyyətindən, son illər ölkəmizdə biomüxtəlifliyin qorunması sahəsində əldə olunan uğurlardan danışıblar. Açılış mərasimindən sonra iştirakçılar sərgidə nümayiş etdirilən eksponatlarla və nadir bitkilərin toplandığı kolleksiya sahələri ilə tanış olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət