Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinar təşkil edib

AMEA Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinar təşkil edib
Sakura

AMEA Mərkəzi Nəbatat Bağı Nazarbayev məktəbinin şagirdləri üçün vebinar təşkil edib

AMEA-nın Mərkəzi Nəbatat Bağı ilə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Nazarbayev kimya - biologiya təmayüllü intellektual məktəbi" arasında görüşdən sonra  bağın alimlərinin məktəbin şagirdləri üçün vebinarlar təşkil edilməsi barədə razılıq əldə olunmuşdu.

 

İlk vebinar Bağın əməkdaşı b.ü.f.d. Seyfullayev Fərid tərəfindən təşkil olunmuşdur. “Danışan oduncaq halqaları” adlı elmi-populyar təqdimat zamanı F.Seyfullayev oduncaq halqaların formalaşmasından, bu tədqiqatlarda istifadə olunan müasir avadanlıq və proqramlardan bəhs etmişdir. Təqdimatın davamında Seyfullayev Fərid Mərkəzi Nəbatat Bağında aparılan oduncaq-halqa tədqiqatlarının nəticələrindən bəhs etmiş və onların tətbiqi əhəmiyyətindən danışmışdır. Oduncaq halqa tədqiqatları vasitəsilə ətraf mühit haqqında geniş məlumatın əldə etməyin mümkün olması faktı təqdimatın iştirakçıları olan Nazarbayev kimya-biologiya təmayüllü intellektual məktəbin 9-cu sinif şagirdləri tərəfindən maraqla qarşılanmisdir.

 

Sonda iştirakçıların sualları cavablandırılmış və fikriləri dinlənilmişdir.

 

Mərkəzi Nəbatat Bağı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR