Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
Sakura

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan elminə innovativ xidmət istiqamətində görülən işlərlə yanaşı, xalqımızın mədəniyyətini, tarixini, qəhrəmanlıq ənənələrini hər zaman uca tutaraq bu istiqamətdə də mühüm addımlar atıb. Görülən işlərin davamı olaraq, Azərbaycan kitabxana sistemində ilk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq.

Fondda bu günə kimi Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək. 

Bununla yanaşı, fond Mərkəzi Elmi Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. 

Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR