Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Elmi Kitabxanasında Əli Xudu oğlu Nuriyevin Biobiblioqrafik göstəricisi tərtib edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında Əli Xudu oğlu Nuriyevin  Biobiblioqrafik göstəricisi tərtib edilib
Sakura

AMEA Mərkəzi Elmi Kitabxanasında AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi, Əli Xudu oğlu Nuriyevin Biobiblioqrafik göstəricisi tərtib edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın müx­bir üz­vü, iq­ti­sad elm­lə­ri dok­to­ru, pro­fes­sor, Əmək­dar elm xa­di­mi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­­ya­sı­­nın Re­gio­nal İq­ti­sa­di və So­si­al Araş­dır­ma­lar İns­ti­tu­tu­nun di­rek­to­ru Əli Xu­du oğ­lu Nu­ri­ye­vin biobib­li­oq­ra­fik gös­tə­ricisini tərtib etmişdir. Qeyd edək ki, bir müddət əvvəl 382 səhifə həcmində biobib­li­oq­ra­fik gös­tə­ri­ci Elm Nəşriyyatında çapdan çıxmışdır. Kitabın tərtibçiləri AMEA MEK-in Biblioqrafik Vəsaitlərin hazırlanması sektorunun müdiri, doktorant Təranə Rüstəmova və Dövlət Odarəçilik Akademiyasının əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nüşabə Nuriyeva, redaktoru dosent Şəhla Tahirqızı, ixtisas redaktoru Sevil Zülfüqarovadır.

 Biobib­li­oq­ra­fik gös­tə­ri­ci­ Əli Xu­du oğ­lu Nu­ri­ye­vin  el­mi-pe­da­qo­ji və ic­ti­mai fəa­liy­­yə­ti­nin  1968-2020-ci illərini əha­tə edir.

 Bio­bib­­li­­oq­­ra­­fik gös­­tə­­ri­­ci­­də Ə.X.Nu­­ri­­ye­­vin hə­­ya­­tı və əmək fə­a­­liy­­yə­­ti­­nin əsas ta­­rix­­lə­­ri, el­­mi, pe­­da­­qo­­ji və ic­­ti­­mai fə­a­­liy­­yə­­ti haq­­qın­­da oçerk, el­­mi-təd­­qi­­qat iş­­lə­­ri, əsər­­lə­­ri və on­­la­­rın prak­­ti­­ki tət­­bi­­qi haq­­qın­­da mə­­lu­­mat ve­­ri­l­miş­dir. Həm­­çi­­nin bio­bib­­li­­oq­­ra­­fik gös­­tə­­ri­­ci­­də Ə.X.Nu­­ri­­ye­­vin re­­dak­­tor­­luq fə­a­­liy­­yə­­ti, dok­to­rant və dis­­ser­­tant­­la­­ra el­­mi rəh­­bər­­li­­yi, rəy ver­­di­­yi əsər­­lər, av­­to­­re­­fe­­rat və dis­­ser­­ta­­si­­ya­­lar, ha­­be­­lə hə­­ya­­tı və ya­­ra­­dı­­cı­­lı­­ğı haq­­qın­­da ədə­­biy­­yat si­­ya­­hı­­sı öz ək­­si­­ni tap­­mış­­dır.

 Əli Xudu oğlu Nu­ri­ye­vin öz ixtisas sahəsindən başqa, eyni zamanda qeyri-ixtisas və profil üzrə kadr ha­zır­lı­ğı sa­hə­sin­də də xid­mət­lə­ri olmuşdur. Belə ki,  o, uzun il­lər qey­ri-ix­ti­sas sa­hə­lə­ri­ndə rəhbər vəzifələrdə çalışmışdır:

- 1974-1979-cu il­lər­də Nax­çı­van Elm Mər­kə­zin­də ic­ti­mai əsas­lar­la ta­rix şö­bə­si­nin mü­di­ri; 

- 1980-1981-ci il­lər­də Koo­pe­ra­tiv Ti­ca­rə­ti El­mi-Təd­qi­qat İns­ti­tu­tun­da el­mi his­sə üz­rə di­rek­tor müa­vi­ni;

- Döv­­lət İda­­rə­­çi­­lik Aka­­de­­mi­­ya­­sın­­da 2002-2012-ci il­­lər­­də Ge­­ost­­ra­­te­­ji Araş­­dır­­ma­­lar Mər­­kə­­zi­­nin mü­­di­­ri.

 Onun bi­la­va­si­tə bu sahədə rəh­bər­lik et­di­yi el­mi-təd­qi­qat iş­lə­ri­nin müxtəlif möv­zu­ların­da bir çox dis­ser­ta­si­ya­lar mü­da­fiə olun­muş­dur.

        “Əli Xudu oğlu Nu­ri­ye­v” biblioqrafiyası kitabxananın hazırladığı əvvəlki şəxsi biblioqrafiyalardan  bir sıra üstünlüyü ilə fərqlənir. Belə ki, kitabda alimin bütün yaradıcılığı 13 ayrı-ayrı bölmələr daxilində qruplaşdırılmışdır. Məsələn, kitablar, dövrü mətbuat və məcmuələrdə  çap olunmuş məqalələrin əlifba göstəricisi, konfrans materialları, məruzələr, tezislərin əlifba göstəricisi, redaktə etdiyi əsərlərin əlifba göstəricisi, Elmi məsləhətçisi olduğu əsərlərin əlifba göstəricisi, Rəy verdiyi  əsərlərin əlifba göstəricisi, Müsahibələrin əlifba göstəricisi və s.  

         Həmçinin bio­bib­­li­­oq­­ra­­fi­­ya­dan is­ti­fa­də­ni asan­laş­dır­maq məq­sə­di­lə 19 ad­dan iba­rət so­raq ax­ta­rış apa­ra­tı tər­tib edil­miş və  is­­ti­­fa­­də olun­­muş ix­­ti­­sar­­la­­rın si­­ya­­hı­­sı ve­­ril­­miş­­dir. Məsələn,  Nəşriyyatların əlifba göstəricisi, Qəzetlərin əlifba göstəricisi, Jurnalların əlifba göstəricisi, Coğrafi adların əlifba göstəricisi, Dissertasiyalara elmi rəhbərlik və məsləhətçi, Opponentlik etdiyi dissertasiyalar, Hə­ya­tı, el­mi-ic­ti­mai fəa­liy­yə­ti və əsər­lə­ri haq­qın­da ədə­biy­yatın əlifba göstəricisi, Əli Xudu oğlu Nuriyev haqqında internet resursların əlifba göstəricisi və s.

        Biblioqrafiyanın digər üstün cəhəti xarici dillərdə olan mənbələrin azərbaycan dilində tərcüməsi verilmişdir. Məsələn, türk, rus, ingilis, fars və s.

        Bi­o­­bib­­li­­oq­­ra­­fik gös­tə­ri­ci iq­ti­sa­diy­yat  üz­rə el­mi-təd­­qi­­qat işi apa­ran alim və mü­tə­xəs­sis­lər, ali mək­təb mü­əl­lim­lə­ri və tə­lə­bə­lər, elə­­­­cə də ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­muş­dur.

AMEA Mərkəz Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR