Slimfit
  1. CƏMİYYƏT

AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib

AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib
Sakura

AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:

"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır". 

Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə əlavə olunacaq.

Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR