Slimfit
  1. MEDİA

AMEA Gəncə Bölməsində “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib

AMEA Gəncə Bölməsində “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib
Sakura

AMEA Gəncə Bölməsində “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib

Gəncə şəhərində AMEA Rəyasət Heyəti, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın birinci vitse-prezidenti v.i.e, akademik Arif Həşimov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, tanınmış elm xadimləri, gənc alimlər, mütəxəssislər və ziyalılar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgiyə baxış keçirilib.

Konfrans  Bölmənin böyük akt salonunda keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxışında “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusundakı iyunun 22-də Bakı şəhərində AMEA-nın Dairəvi akt zalında başlayan 4 günlük Respublika elmi konfransının Gəncədə davam etdirildiyini və burada yekunlaşdığını vurğulayıb. Bu işdə hərtərəfli dəstəyə görə o, Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA Gəncə Bölməsinin rəhbərliyinə təşəkkür edərək, konfransın daha bir bölmə iclasının da bu elm ocağında keçirildiyini xatırladıb.

Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması haqda ölkə başçısının Sərəncamının işığında AMEA tərəfindən   Ulu Öndərin həyat və fəaliyyətinə dair 39  yüksək səviyyəli konfrans, seminar, simpozim və digər elmi toplantların keçirildiyini, bu tədbirlərdə dünyanın bir çox ölkələrindən gəlmiş tanınmış alimlərin də iştirak etdiyini qeyd edib.

Akademik İsa Həbibəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA tərəfindən  dahi şəxsiyyətin zəngin dövlətçilik təliminin müxtəlif aspektlərinə  həsr edilmiş çoxsaylı elmi əsərlər nəşr edildiyini bildirib. O, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsinin elmi-populyar müstəvidən fundamental elmi araşdırmalar səviyyəsinə qaldırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.  Akademik İsa Həbibbəyli AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını da qeyd edib.

Ümummilli Liderin irsinin dərindən araşdırılması nümunəsi kimi, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nə AMEA Gəncə Bölməsinin töhfəsi olan “Heydər Əliyev və Gəncə” monoqrafiyasını təqdim edib. O, kitabı mövzuya elmi cəhətdən yanaşmaya, dərin təhlillərə söykənən mükəmməl bir mənbə kimi dəyərləndirərək, Ulu Öndərin Gəncə ilə bağlı taleyüklü anlarının, o cümlədən Gəncənin iqtisadi və mədəni intibahı, şəhərin tarixi adının bərpası, dövlətçiliyimizi təhdid edən qiyam cəhdinin qarşısının alınması və digər proses və hadisələrin təfərrüatlarının, onlara aid sənəd və fotoların da bu monoqrafiyada yer aldığını qeyd edib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova AMEA tərəfindən ərsəyə gətirilən “Qırmızı Kitab”ın  nəşrlərini hədiyyə edib. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən işıq üzü görən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” ikicildliyi AMEA Gəncə Bölməsinə  hədiyyə edilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Heydər Əlievin dövlətçilik idealları və müasir gənclik mövzusunu əhatə edən tədbirin iştirkçlarını və qonaqları salamlayıb və bu mötəbər elmi toplantıya uğurlar arzulayıb. O, ölkəmizdə müasir gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, bu strategiyanın nəticəsi kimi Azərbaycanda dövlətçiliyimizə sadiq fəal gənclər ordusunun formalaşdığını qeyd edib.   

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Ulu Öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Bu baxımdan o, AMEA Gəncə Bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinə dair çosxaylı yazılı elmi nümunələr toplandığını qeyd edib. Akademik Fuad Əliyev AMEA Gəncə Bölməsi əməkdaşlarının birgə əməyinin nəticəsi olan “Heydər Əliyev və Gəncə” monoqrafiyasına verilən qiymətə görə AMEA-nın prezidentinə minnətdarlığını bildirib.

Akademik Fuad Əliyev ölkəmizin daha işıqlı gələcəyi naminə gənclərə Ulu Öndər Heydər Əliyevin göstərdiyi  xüsusi diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu xüsusda gənc alimlərin yeni-yeni uğurlara təşviq edilməsi yönündə də dövlət tərəfindən mütəmadi olaraq layihələr həyata keçirildiyini xatırladıb. O, gənc alimlər üçün təsis edilmiş Prezident mükafatının ilk dəfə gəncəli alimə verilməsini də Gəncə elmi mühitinə diqqət və qayğının nümunəsi kimi səciyyələndirib.

Sonra məruzələr  dinlənilib. AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elmi”, AMEA Gənc Alim  və mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev və Azərbaycan gəncliyi”, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasəti”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Ədəbiyyatın və mədəniyyətin inkişafında Ümummilli Liderimizin xidmətləri “, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin banisidir”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin doktorantı Təranə Verdiyeva “Heydər Əliyev və klassik irs” mövzularında çıxış ediblər. 

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda bir qrup gənc alimə elmi konransın işində fəal iştiraklarına, eləcə də məhsuldar tədqiqat fəaliyyətlərinə görə diplomlar və təşəkkürnamələr təqdim olunub.

Konfransdan sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA Gəncə Bölməsinin tərkibində fəaliyyət göstərən Humanitar Tədqiqatlar İnstitutu, Nizami Gəncəvi Mərkəzi və Diyarşünaslıq İnstitutunun iş şəraiti, maddi-texniki bazası və və fəaliyyəti  ilə tanış olub. Eyni zamanda, Gəncə Bölməsinin mövcud problemləri və gələcək inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Gəncə şəhərində görkəmli Azərbaycan yazıçısı və böyük alim Mir Cəlal Paşayevin ev muzeyində olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

AMEA rəhbəri həmçinin bölgədə fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb, burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR