Slimfit
  1. AZƏRBAYCAN

AMEA-da soyqırım qurbanlarının xatirəsi anılıb

AMEA-da soyqırım qurbanlarının xatirəsi anılıb
Sakura

AMEA-da soyqırım qurbanlarının xatirəsi anılıb

AMEA-nın Şəki Regional Elm Mərkəzi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Hüseyn Cavidin ev-muzeyi, Dilçilik, Əlyazmalar, Şərqşünaslıq, Tarix, Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya, Fizika və Qafqazşünaslıq institutlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbirləri, konfranslar və dəyirmi masalar keçirilib.

AMEA-dan Strateq.az-a bildirilib ki, tədbirlər Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan rəhbərliyi tərəfindən dövlət səviyyəsində insanlığa sığmayan cinayət törədilib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə blokadaya alınmış Xocalıda artilleriya və ağır hərbi texnikadan mülki insanlara atəş açılıb, şəhər yandırılıb. Hücum nəticəsində 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin məhv edildiyi, 1275 sakinin əsir və girov götürülərək işgəncələrə məruz qaldığı bildirilib. Bundan əlavə, şəhərdəki tarixi abidələrin məhv edildiyi diqqətə çatdırılıb.

Son illərdə soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti vurğulanıb. Diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırımı, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığı bildirilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR