Dərc edildi: Baxış sayı: 250
AMB: "Bu il valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib"
Bu ilin yanvar-aprel aylarında valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir.
"Milli valyutanın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4 %, 2023-cü ilin 4 ayında 4,8 % möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır", - deyə məlumatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət