Slimfit
  1. TƏBİƏT

Amazonda təxminən 10.000 illik yaşı olan qədim "süni adalar" tapılıb

Amazonda təxminən 10.000 illik yaşı olan  qədim "süni adalar" tapılıb
Sakura

Alimlər minlərlə belə sahənin qədim insanlar tərəfindən yaradıldığını aşkarlayıblar

 Beynəlxalq alimlər qrupu, Boliviyadakı Amazon deltasının ilk sakinlərinin süni “meşə adaları” yaratdıqlarını sübut edib.

 Bu, təxminən 10 min il əvvəl, yerli sakinlərin yemək üçün daha çox istehlak məqsədi ilə vəhşi bitkiləri artırdıqları zaman  baş verib.  Ens.az bildirir ki, bununla bağlı material  "Nature"  elmi nəşrində dərc olunub.

 Görünüşdə ətraf landşaftdan fərqlənməyən bu ərazilər uzaqdan zondlama vasitəsi ilə aşkar edilmişdir.  Məsələnin nə olduğunu anlayan alimlər minlərlə belə sahənin qədim insan tərəfindən yaradıldığını aşkarlayıblar.  "Meşə adaları" indi alimlərin arxeoloji qazıntılar apardıqları adi böyümüş kurqanlara bənzəyir.

 Arxeoloqlar tərəfindən aşkar edilən qədim insanın fəaliyyətinin izləri,  onların təxminən 10 min il əvvəl buraya gəldiyini və  ətraf landşaftı tədricən dəyişdirdiyini göstərir.

 Alimlər, Lyanos-de-Moksos (Boliviyanın şimalında) ərazisində qədim insanların təxminən 4,700 "meşə adaları" yaratdıqlarını güman  edirlər.  Bu yerlərdə dekabrdan mart ayına qədər rütubət , iyul-oktyabr aylarında isə  quraqlıq olur.  Yağışlı mövsümdə süni adalar , çoxdan əkilmiş olan   ağacların yaşamasına imkan yaradaraq suyun üzərinə qalxır.

Alimlər,  müasir tropik meşələrdə  10.350 illik maniok, 6.850 yaşlı qarğıdalı bitkisi və 10.250 yaşlı balqabaq aşkar ediblər.  Bitkilərin məhz bu "meşə adaları" nda böyüdüyü müəyyən edilib.

 İllərdir ki, alimlər,   Amazonun cənub-qərbinin bitkilərin əhliləşdirilməsi mərkəzi olduğunu iddia edirdilər. Lakin , yalnızca bu yaxınlarda arxeoloqlar bunun təsdiqini tapmağa başladılar.

 Bununla belə, "meşə adaları" nın yaradılmasında qədim sakinlərin miqyası və savadı yanaşması diqqəti cəlb edir.  İnsanların demək olar ki, 5 min kurqan yaratması üçün nə qədər vaxt lazım olduğunu söyləmək çətindir, lakin bunun  üçün haqqında az şey bildiyimiz  texnologiyalardan  istifadə olunduğunu  söyləmək olar.  Ancaq sonrakı araşdırmalar buna aydınlıq gətirə bilər.

Mənbə: zen.yandex.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR