Dərc edildi: Baxış sayı: 497
Amazon qurucusu iqlim dəyişikliyi ilə mübarizəsi üçün 10 milyard dollar yardım edəcək
Amazon şirkətinin icraçı direktoru və qurucusu amerikalı milyarder Ceff Bezos iqlim dəyişikliyi ilə mübarizəsi üçün "Yer Fondunun" yaradılmasını elan edib.
Trend-in məlumatına görə, bu barədə C.Bezos öz İnstagram səhifəsində yazıb.
O bildirib ki, fondun işinə 10 milyard dollar bağışlayacaq:
"Mən (fond işinin) başlanılmasına 10 milyard dollar ayırıram və bu yaydan etibarən qrantlar verəcəm. Hamımızı birləşdirən yeganə şey Yerdir, gəlin onu birlikdə qoruyaq!"
Milyarder qeyd edib ki, bu təşəbbüs çərçivəsində ətraf mühitin qorunmasının müxtəlif metodlarını inkişaf etdirməyə yönəlmiş alimlərin, eko fəalların, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətləri maliyyələşdiriləcəkdir.
Bloomberg agentliyinin verdiyi məlumata əsasən, Ceff Bezosun sərvəti təxminən 130 milyard dollar təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət