Dərc edildi: Baxış sayı: 527
Amazon əlavə 100 min nəfəri işə götürəcək
Elektron ticarət nəhəngi Amazon koronavirus epidemiyası ilə onlayn alış-verişə artan tələbi qarşılaya bilmək üçün ABŞ-da 100 min yeni işçi qəbul edəcək.
Marja xəbər verir ki, Amazon-un Dünya Əməliyyatları üzrə direktor müavini Dave Clark Kovid-19 epidemiyası ilə e-ticarətə olan tələbdə əhəmiyyətli bir artım olduğunu və işçilərə ehtiyac yarandığını bildirib.
Qəbul ediləcək işçilər anbarlarda və paylama şəbəkəsində işləyəcəklər.
Amazon işçilərin maaşlarını artırmaq üçün 350 milyon dollar ayıracaq. İşçilərin maaşı ABŞ-da 1 saat üçün 2 dollar, İngiltərədə 2 sterlinq və bir çox Avropa ölkəsində təxminən 2 avro artırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət