Slimfit
  1. AVTO VƏ MOTO

Altı yaşlı Chevrolet Corvette C6 1967-ci il modelinə çevrildi

Altı yaşlı Chevrolet Corvette C6 1967-ci il modelinə çevrildi
Sakura

Altı yaşlı Chevrolet Corvette C6 1967-ci il modelinə çevrildi

Müasir Chevrolet Corvette modellərini klassik avtomobillərə çevirməklə tanınan amerikan tüninq atelyesi Karl Kustoms növbəti maraqlı layihəsini təqdim etdi. Bu, 1967-ci ilin əfsanəvi motivləri əsasında hazırlanmış 2013-cü il istehsalı olan altıncı nəsil avtomobil oldu.

Ban 1967-ci ilin “Korveti” formasında əllə hazırlanıb - müasir Chevrolet Corvette-dən burda ancaq təkər diskləri, güzgülər, qapı tutacaqları və qaz çıxma borularının taxmaları qalıb. Daxilində hər şeyi müasir formada olduğu kimi saxladılar ki, sahibi yarım əsrlik xarici görünüşlə daxili salondan əvəz edilməz təəssüratlar əldə etsin.

Uzun kapotun altında səkkiz pilləli “avtomat”la birlikdə işləyən 430 at gücünə malik 6,2 litrlik “səkkizlik” quraşdırılıb, yenidən sürətlənmə zamanı yaranan “səs”ə isə yaxşı ayarlanmış qaz çıxma sistemi cavabdehdir.

Avtomobilin dəyəri açıqlanmır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR