Slimfit
  1. AZƏRBAYCAN

Altı ölkənin qadınları TÜRKAP-da birləşdi

Altı ölkənin qadınları TÜRKAP-da birləşdi
Sakura

Altı ölkənin qadınları TÜRKAP-da birləşdi

Türkiyənin Qadın Radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformasının (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəliblər.

Axar.az xəbər verir ki, Türkiyədən Foruma Avcılar Bələdiyyəsinin sədri Handan Torpaq, millət vəkilləri Jalə Nur Süllü, Aylin Cəsur, Qırgızıstan millət vəkili Elvira Surabaldiyeva, azərbaycanlı millət vəkilləri Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kipr Türk Cümhuriyyətinin millət vəkili Jalə Rəfiq Rocers və Qazaxıstandan, Özbəkistandan gələn 50-yə yaxın fəal qadın qatılıb.

Türk Dünyası Qadın Platformasının qurucuları İlhamə Novruzova və Zahid Nəhmətov iştirakçıları salamladıqdan sonra Ankara Klubu Qadın Qollarının rəhbəri Handan Qayakökünün təqdimatı ilə üzv ölkələrin aktual qadın mövzularına dair informasiya paylaşımı oldu. Çıxışçılar platforma ilə bağlı gözləntilərini bildiriblər. Forum zamanı 6 ölkə nümayəndələrindən ibarət olan idarə heyəti seçildi. 30 iştirakçı qurucu üzv, millət vəkilləri isə fəxri üzv olarak Niyyət Protokolunu imzalayıblar.

Nuray Qaraoğlu və “Qadın Cinayətlərini Dayandıracağıq” platformasının baş təmsilçisi Gülsüm Kavın moderatorluğu ilə “Qadın Lobbiçiliyi” və “Qadına Şiddət” panelləri başlanıb. Ankara Vəkillər Kollegiyasının ilk qadın rəhbəri Səma Ağsoy, Prof.Dr. Aygün Attar, “Lady Radio”nun piar meneceri Ayşə Gönən, “Lefkoşa Lions” klubunun rəhbəri Anıl Məryəm Bilir, Prof.Dr. Nodira Latipova, “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova və digərlərinin iştirakı ilə müzakirələr aparılıb.

TÜRKAP-ın bundan sonrakı hədəflərinə gəlincə, ortaq sosial-mədəni tədbirlərin təşkilinin məqsədi qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. TÜRKAP-ın rəhbəri İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018-ci il tarixində Qadın Haqları Günündə türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Əsas Forum reallaşacaq və möhtəşəm mərasimdə “İlin Qadını” mükafatları sahiblərini tapacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR