Slimfit
  1. TEXNOLOGİYA

Alternativ enerji

Alternativ enerji
Sakura

Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin…

Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetikadaha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühit çirklənmədən (torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ,Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerjimənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək Alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühitüçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarlnı, (sularını) atmosferini daha çox çirkləndirir. Bu stansiyaların tikintisi ucuz başa gəlsədə ekoloji baxımdan çox çirkli sahədir. SES-nın tikintisi baha başa gəlsə də anbarların tikintisi bəndlərin salınması, sudan, istifadə edilməsi ətraf mühitin çirklənmədən qoruyur.

 

Bərpaolunan enerji növləri

Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır:

 

Külək enerjisi

Külək Yel dəyirmanı.jpg

Bu enerjidən insanlar qədim zamanlardan Yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq Yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175-219) 10/12 kVt/saat, yaratdığı güc isə (20-35) 10/9 kVt kimi qiymətləndirilir. Azərbaycanın külək enerjiehtiyatı 800 MVt-a yaxındır ki, bu da ildə 2,4 mld. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir.

Külək enerjisi bərpaolunan enerji olaraq, son vaxtlar çox yayılmışdır. 2010-cu ildə dünyanın 80 ölkəsində onların ümüni gücü 200 kVt olmuşdur. Örnək üçün 2011 ildə Danimarkada külək mühərriklərinin araçılığı ilə ölkənin elektrik enerjisinin 28%, Portuqaliyada 19%, İrlandiyada 14%, İspaniyada 16 %, Almaniyada 8% istehsal olunmuşdur.

Böyük külək mühərrikləri ölkələrin ümumi elektrik xəttinə qoşulmuşdur, kiçikləri isə ayrı-ayrı bölgələri təmin edir. Yer altından çıxarılan yanacaqdan fərqli olaraq, külək enerjisi tükənmir, hər yerdə işlənilə bilər və ekoloji cəhətdən təmizdir. Ancaq külək elektrik stansiyalarının qurulması bir sıra texniki və iqtisadi xarakterli çətinliklərlə bağlıdır.

Külək Xəzər sahili boyu ensiz zolaqdan, Böyük və Kiçik Qafqaz dağları arasındakı hava dəhlizindən Azərbaycan ərazisinə daxil olduğundan bu ərazilərdə küləyin tez-tez güçlənməsi müşahidə olunur.

Xəzər dənizinə doğru enzis zolaqla uzanan Abşeron yarımadasınada və Abşeron dəniz akvatoriyasında bu effekt maksimuma çatır. Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalara görə burada il ərzində küləyin orta sürəti Yer səthindən 80 metr hündürlükdə 7,0-8,5 m/s təşkil edir ki, bu da beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) təsnifatına görə “yüksək dərəcədə əlverişli” enerji potensialı sinifinə aid edilir.

 

Günəş enerjisi

Yer atmosferinin yuxarı sərhəddində il ərzində 5,6 x10/24C günəş enerjisi düşür. Bu enerjinin 40%/ni (Yer albedosu) geri qayıtsa da, yer səthi tərəfindən Günəş energetikası hər-hansı çeşid enerjinin günəşdən alınmasıdır.Günəş enerjisi alınması üçün tükənməz mənbədir və ekoloji cəhəttən təmizdir. Onun əsasında qurulmuş energetika perspektivli sahədir. Etimallara görə, 2100-cü ildə günəş ən başlıca enerji mənbəyinə çeviriləcəkdir. Bir çox ölkələrdə o, dövlət dəstəyini almış və surətlə inkişaf edir. Bu ölkələrin təcrübəsi göstərir ki, gələcəkdə günəs enerjisi əsasında güclər ənənəvi energetikanın rəqibi olacaqdır. Azərbaycan ərazisində günəşli saatların illik miqdarının 2400-2900 saat/il/m, yer səthinə düşən günəş enerjisinin miqdarının isə 1500-2000 kvt./saat təşkil etməsi regionun Abşeron, Naxçıvan və Kür-Araz kimi bölgələrində günəş enerjisindən istifadəyə geniş imkanlar yaradır. Bu məqsədlə Bakı və şəhərətrafı qəsəbələrdə inzibati və sosial təyinatlı binaların, küçələrin, parkların işıqlandırma sistemlərində, eləcə də Qobustan, Salyan, Biləsuvar və s. rayonlarda günəş PV modullarının istifadəsi ilə içməli suyu təmizləməklə, yerli əhalini təmiz su ilə təchiz etmək məqsədilə 5 MVT gücündə günəş panellərinin quraşdırılması layihələrinin icrasına başlanılmışdır.

Enerji.jpg

Yerə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və başqa şeylərdən alınmış (neft, qaz, kömür və s.) enerjilərin hamısından dəfələrlə çoxdur. Günəş enerjisinin cəmi 0, 0125%-nin işlənməsi yerdə olan bütün enerji ehtiyaclarını ödəyə bilər. Daha 0,5%-ı isə gələcək üçün də yetırli olar. Bu potensial o qədər yüksəkdir ki, hər dəqiqə yerə düşən günəş enerjisi bütün bəşəriyyətin bir illik enerji ehtiyaclarını ödəyə bilər.

Günəş şüalarını insan ehtiyacı üçün enerjiyə çevirən qurğular fotoelektrik və termodinamik olurlar. Fotoelektrik qurğular günəs enerjisini elektrik enerjisinə fotoelektrik çeviricilərin araçılığı ilə birbaşa çevirirlər. Onlara “günəş batareyaları” deyilir və onlar dünyada ən çox yayılmışdır. Termodimamik qurğular isə günəş enerjisini öncə istiliyə çevirir. Sonra bu istilik ayrıca istilik qurğusunun araşılığı ilə mexaniki enerjiyə, sonra isə generatorda elektrik enerjisinə çevirilir.

Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30-1100C arasımda dəyişir. Ölkə üzrə ən prespektivli ərazilər Kür şökəkliyi, Qusar dağətəyi zonası və Abşeron yarımadası hesab edilir. Bu ərazilərdə müvafiq olaraq 480,70,65 MVt gücündədir. Demək olar ki, ölkə üzrə termal suların potensialı 245,6 min m3 /gün və ya 800 MVt həcmində qiymətləndirilir.

 

Hidroenergetika

Bunlar da su enerjisinin təbii yolla istifadəsidir. Bunlar dəniz sularının artmasının, dalğaların enerjisini insan tələbatını ödəyən enerjiyə çevirilməsi yolu ilə alınır.

Azərbaycan çaylarının ümumi hidroenerji potensialının 40 mvt/saat, kiçik SES-lərin nəzəri enerji potensialının isə 28 nlrd.kvt./saat olduğu müəyyən edilmişdir. İlkin hesablamalara görə, çayların üzərində tikilməsi mümkün olan 280-ə yaxın kiçik SES-in ümumi istehsal gücü 700 MVT, illik enerji istehsalı isə 3,2-3,5 mlrd.kvt/saat təşkil edir. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında axan kiçik dağ çayları üzərində, eləcə də su təsərrafatı obyektlərində ( su anbarları, irriqasiya kanallarl və s. yaxın gələcəkdə iqtisadi səmərəliliyinə görə 36 SES-in tikilməsi daha məqsədəuyğun sayılır.

Dəniz sularının artmasından istifadə edən elektrik stansiyaları. Bu dəniz suyunun artmalarını istifadə edən su elektrik stansiyaların özəl növüdür. Dolayı yolla onlar yerin fırlanmasının enerjisini istifadə edirlər. Bu kimi elektrik stansiyaları dəniz qırağlarında qururlar, çünki orada günəşin və ayın cazibə gücləri sutkada iki dəfə suyun səviyyəsini dəyişirlər. Sahildə suyun artması və geri çəkilmıəsi 18 metrə qədər çata bilər.

Enerjinin alınması üçün çay ağızları bəndlə kəsirlər. Orada həm elektrik generator, həm də nasos rejimində işləyən su aqreqatları quraşdırılır. Nasos rejimi su artmaları ilə geri çəkilmələri arasında olan zaman işlədilmə su üçün suyu su anbarlarına doldurur. Belə olarsa, bu kimi stansiyaları hidroakkumulyasiya elektrik stansiyası adlandırırlar. Okeandalğalarının enerjisi – okean üzərində dalğalarla yayılan enerjidir. Suların şirinləşdirilməsi, elektrik enerjisinin istehsalı, suların anbarlara vurulması kimi faydalı işlərin görülməsi üçün istifadə oluna bilər.

Dalğaların güçünü kVt/m ilə ölçülür. Su və külək enerjisinə nisbətən, dalğaların enerjisi hada da çüclü olur. Belə ki, dəniz və okeanların dalğalanması adi vaxtlarda 15 kVt/m olur. Dalğalar 2 m hündürlüyə qalxanda,güc 80 kVt/m çatır. Deməli, okean enerjisinin istifadəsində enerji çatışmamazlığı ola bilməz. Bunun yalnız bir hissəsi elektrik və başqa enerjilərin alınması üçün istifadə edilə bilər.

Dalğaların enerjisinin mənbəyi küləklərdə və günəşdədir. Bütün okeanların gücündən alınmış enerji günəşdən alınandan çox deyil, ancak dalğa ilə işləyən enerji generatorların gücü başqa enerji mühərriklərindən çoxdur. Bənzər təbiətlərinə baxmayaraq, dalğaların enerjisi suların artması enerjisindən fərqlidir. Hazırda dalğaların enerjisinin istifadə edilməsi geniş yayılmamışdır.

Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mırd.kVt. saat,texniki cəhətdən əlverişli potensialın isə 16 mırd.kVt saat-ə kiçik Su elektrik stansiyalarının payına düşür.

Elektrik stansiyalarının ümumi gücündə İES və SES-lərim payı.jpg

 

Geotermal energetika

Azərbaycan Respublikasında Abşeron yarımadası, Kür çökəkliyinin geniş əraziləri, Böyük Qafqaz və Kiçik Qafqaz, Talış dağları, Xəzərsahili-Quba zonaları proqnozlaşdırılmış ehtiyatı 245,6 min m2/sutka təşkil edən geotermal sularla çox zəngindir. Geotermal su ehtiyatları Kiçik Qafqazın Tərtər və Arpaçay hövzələrində (tenperatur 62-80° C, sutkalıq debit 800-900 min m³/sutka) Naxçıvan MR-in Darıdağ rayonunda (tenperatur 41-52°C, sutkalıq debit 1080-2850 m/sutka): Cənub bölgəsinin Lənkəran, Masallı, Astara rayonlarında (tenperatur 35-50° C) sunkalıq debit 2260-23625 m/sunka), Böyük Qafqazın Abşeron, Qax, Qəbələ, Quba, Xaçmaz rayonlarında (temperatur 50-95° C, 100-135°C sutkalıq debit 400-500 min m/sutka hətta 2470 n/sutka ) və Kür çökəkliyi vilayətində (tenperatur 45-120°C, sutkalıq debit 1000-2000 min3/sunka) daha zəngindir.[5] Yerin dibində olan enerjinin geotermal stansiyalarının araçılığı ilə istifadə edilməsi ilə elektrik və başqa çeşid enerjilərin alınmasıdır. Vulkanların püskürdüyü yerlərdə dövr edən suyun hərarəti qaynama temperaturundan yüksək olur və yerin üzünə qeyzerlər şəklində çıxır. Yeraltı isti sulara isə xüsusi qurğuların yerin dibinə salınması ilə çatmaq olar. Bu tipli qurğular dünyanın bir çox ölkələrində işləməkdədir. Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30-110°C arasımda dəyişir. Ölkə üzrə ən prekpertivli ərazilər Kür şökəkliyi, Qusar dağətəyi zonası və Abşeron yarımadası hesab edilir. Bu ərazilərdə müvafiq olaraq 480,70,65 MVt gücündədir. Demək olar ki, ölkə üzrə termal suların potensialı 245,6 min m³ /gün və ya 800 MVt həcmində qiymətləndirilir.

 

Bioyanacaq

Alternativ yanacağın bir növü olaraq, bitki ya da heyvan məhsullarından istehsal edilir. Bioyanacağın daha yayılmış növləri bioetanol, biodizel və bioqazdır.

Bioetanol əsasən qarğıdalı və şəkər qamışından düzəldilir. Braziliya, ABŞ, İsveçdə daha çox yayılmışdır. İşlədilməsi təmiz halında olmur, onu benzinlə qarışdırırlar. E-10 və E-85 adlanan çeşidləri vardır. E-10 çeşidində yanacaq qarışığında bioetanolun payı 10%, benzinin – 90% olur. Onu işlətmək üçün avtomobilə özəl mühərrik gərək deyil. Elə benzinlə işləyən hər bir avtomobil onunla işləyə bilər. E-85 çeşidi üçün isə özəl mühərrik gərəkdir.

Biodizel bitki yağlarının emal edilməsindən sonra əmələ gələr yanacaqdır. Bu bitkilər daha çox raps, soya, qarğıdalıdir. O da bioetanol kimi təmiz halda deyil, dizel yanacağı ilə qarışaraq istifadə edilir. Bu nisbət çesidli ola bilər, örnək üçün, B-20 markasının tərkibində 20% biodizel və 80% adi dizel vardır. Bu yanacaqla işləyən avtomobillər üçün özəl mühərrikin quraşdırmaq gərəkli deyil. Onlar adi dizel yanacağı üçün nəzərdə tutulmuş mühərriklə işləyirlər.

 

Bioetanol və biodizelin mənfi cəhətləri. Bioyanacağın ikinci nəsli

Bioetanollla biodizeli istifadə etməklə avtomobildən ayrılan qazlar ekoloji tələblərə daha uyğun olur. Ancaq onların enerji səmərəliliyi adi benzin və dizeldən aşağı olur. Buna görə də mühərrikin gücü azalır, yanacağın işlənməsi isə artır. Bundan başqa bioyanacağın bu çeşidlərindən istifadə edilməsi ərzaq problemi yarada bilər, çünki kənd təsərrüfatı mallara yeyinti üçün deyil, avtoyanacaq kimi işlənilir.

Bu problemi aradan qaldırmaq üçün ikinci nəslin bioyanacağı işlənməyə başlamışdır. Onların fərqləndirici özəllikləri ondadır ki, istehsal edilən xammal biomassadır. Bu da yeyinti üçün işlədilər bitkilərin tullantıları (gövdəsi, yarpaqları, cecəsi), taxta yonması, saman, qabığ, peyin və s. kimi xammaldır. ikinci nəslin bioyanacağı bioqazdır. Ona “kanalizasiya” qazı da deyirlər. Bioqazın tərkibində metanla karbodur. Avtomobillərdə işlətmək üçün onu karbondan təmizləyirlər və sonda biometan alınır. Bu da təbii metana tam uyğun olan bir yanacaq çeşididir. Fərq yalnış mənşəyindədir. Biomassadan həmdə etanolla dizeli də almaq olar.

 

Bioyanacaq istehsalının texnologiyası

Bunlar bir neçədir. Onlardan biri kənd təsərrüfatı mallarının tullantılarının emalı və yanacağa çevrilməsidir. Qurudulandan sonra onlar 400-500°С qədər qızdırılır. Bunun sonu olaraq qaz ayrılır və bir neçə texnoloji proseslərdın keçir. Bunun da sonunda kükürd və başqa ziyanlı maddələrdən təmizlənmiş dizel yanacağı alınır. Bundan başqa bu kimi biodizeldəki CO2 qazı neytraldır. Yəni yanacaq yanandan sonra atmosferə çıxan bu qaz elə bitkilərin boy atması zamanı onlar tərəfindən işlənən CO2-nin miqdarındadır. Deməli bu qazın eyni miqdarı atmosferə qayıdır və ekoloji balans saxlanılır.

Daha bir üsul vardır. Pambıq, raps, soya kimi bitkilərin toxumlarından yağ alınır. Bu yağdan şrota adlanan zibilləyici tullantı çıxarılır. Sonra yağı metanolla qarışdırırlar və yenə də təmizləyirlər. Bu silsilənin sonu yanacaq alınmış olur.

Bu texnologiya geniş istifadə edilsə, təkcə Avropada dizel yanacağı ilə işləyən avtomobillərin 80% ehtiyacları ödənəcək.

 

Biokütlə və tullantılar

Biokütlə kimi qəbul olunan enerji mənbələri aşağıdakılardır:

  • meşə və ağac emalından alınan tullantılar;
  • selluloz-kağız sənayesi tullantıları;
  • kənd təsərrüfatının bioloji tullantıları;
  • sənaye və məişət üzvi tullantıları;
  • çirkab suları.

Yer kürəsində quru biokütlənin illik artımı 130 mlrd.ton təşkil edir ki, bu da 600000 TVt.s elektrik enerjisinə ekvivalentdir. Bu miqdarda enerji dünya üzrə enerjiyə olan tələbatın 15%-ni ödəməyə imkan verir.Biokütlədən alınan elektrik enerjisinin istehsalında qaz və maye halında olan biomaddələrə nisbətən bərk biomaddələrin istifadəsi üstünlük təşkil edir. Belə ki,biokütlədən istifadə etməklə istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 52,3%-i ABŞ-ın, 14,6%-i Finlandiyanın, qalanı isə digər inkişaf etmiş ölkələrin payına düşür.Azərbaycanda təqribən 2,7 min baş iri buynuzlu, 10 milyon baş xırda buynuzlu mal-qara və 25,5 min baş quş vardır ki, onların illik cəm atqıları təqribən 25 min ton-a bərabərdir. İri şəhərlərin bərk məişət tullantılarının həcmi ildə 2,4 mln ton təşkil edir. Bundan əlavə Azərbaycanda il ərzində kifayət qədər ağac qırıntıları, ağac emalı tullantıları, kənd təsərrüfatıqalıqları və tullantıları, heyvan atqılları əmələ gəlir.

Qeyri - dövlət müəssisələri tərəfindən Naxçıvan Muxtar Respublikasında, Füzuli, İsmayıllı, Qusar, Şabran, Şəki ,Balakən və Şəmkir rayonlarında 10 yeni Su Elektrik Stansiyası, Bakı şəhərinin Sabunçu rayonunda Bərk Məişət Tullantıların Yandırılması Zavodunda istilik ellektrik stansiyası, Xızı və Abşeron rayonlarında 4 külək elektrik stansiyası, Qobustan rayonunda hibrid tipli elektrik stansiyası, Naxçıvan Muxtar Respublikasında, Samux rayonunda və Bakı şəhərində Qaradağ, Sabunçu və Pirallahı rayonunda günəş elektrik stansiyaları, Masallı və Beyləqan rayonlarında enerji təchizatı bərpa olunan enerji mənbələri hesabına ödənilən idman kompleksləri, ölkənin ayrı-ayrı regionlarında yerləşən 24 sosial obyektdə günəş panelləri və istilik nasosları quraşdırılmışdır. Nəticədə qoyuluş gücü 259 NVt olan, o cümlədən 63 MVt külək,38 MVt biokütlə və tullantılar, 125 MVt hidro elektrik stansiyalları tikilərək istifadəyə verilir. Bununka yanaşı Sumqayıt şəhərində illik istehsal gücü 50 MVt olan Azgüntex günəş panelləri zavodu və Sumqayıt Texnologiyalar Parkında günəş kollektorları istehsal edən müəssisə yaradıldı.

 

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası Alternativ Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi BMN-nin Avropa İqtisadi Komossoyası, BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFW bankı, Fransanın Beynəıxalq İnkişaf üzrə Agentliyi, ABŞ-ın İnkişaf Agentliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentıiyi, Avropa Dövlətlərarası Neft və Qaz Nəqliyyat Proqramı və s. eləcə də, Almaniya, Türkiyə, Fransa, İran, Litva, BƏƏ , İsveç və s. ölkələrlə əməkdaşlıq edir.

2014-cü ildə Dövlər Agentliyi iləı İran İslam Respublikasının Energetika Nazirliyi Arasında, həmçinin, 2015-ci ildə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

İcra olunmuş layihələr

  • Qobustan Eksperimental Poliqonu və tədris mərkəzi- 38 hektar ərazidə yerləşən Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi özündə külək, günəş və bioqaz stansiyalarını birləşdirən ilk hibrid tipli elektrik stansiyasıdır. Burada hər birinin gücü 0,9 MVt-ta çatan üç külək turbini, 1,8 MVt gücündə günəş enerjisi stansiyası və 1 MVt gücündə bioenerji qurğusu yaradılmışdır. Gələcəkdə Qobustan Poliqonu da daxil olmaqla rayonda tikiləcək stansiyaların gücünün 80 NVt-a çatdırılması nəzərdə tutulur.
  • Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti-Qala qəsəbəsindəki neft və neft tullantılarından təmizlənmiş 9,3 ha sahədə Ekoloji park layihəsi keçirilmişdir. Parkda elektrikenerjisi alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəmək üçün hər birinin gücü 10 kVt olan 4 ədəd külək generatoru və ümumi gücü 20 kVt olan günəş panelləri quraşdırılır.
  • Suraxanı Günəş Elektrik Stansiyası- Suraxanı GES Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki " Azalternativenerji" Nəhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyası 2014-cü ilin mart ayında başlamış və iyul ayının 16-da istismara verilmişdir. Stansiya gücü hesabına 4,4 mln, tam gücü ilə işlədikdə isə 6,2 milyon KVt- st elektrik enerjisi istehsal etmək iqtidarındadır.
  • PirallahıGünəş Elektrik Stansiyası- Bakı şəhərinin Pirallahı rayonunda yerləşən və layihə gücü 2,8 NVt olan Pirallahı Günəş Elektrik Stansiyasının tikintisinə 2014-cü ildə başlanılmış və qoyuluş gücü 1 NVt olan hissəsi tam hazırlanaraq enerji sisteminə qoşulmuşdur.

İcrada olan layihələr

Samux AEYK

Samux AEYK alternativ və bərpa olunan enerjinin kənd təsərrüfatı sahəsində tətbiqini nəzərdə tutan unikal layihədir. Layihə çərçivəsində ABOEM hesabına hibrid tipli 31 MVt elektrikvə 48 MVt istilik generasiya güclərinin yaradılmasış Hibrid Elektrik stansiyası 20 MVt günəş, 3 MVt biokütlə stansiyaları hesabına avtonom sinxron işləyən enerji stansiyasıdır. Günəşvə geotermal enerji ilə yanaşı bioenerji alınması məqsədilə Samux rayonu ərazisindən Dövlət Agentliyinə ayrılmış torpaq sahəsində 3000 baş iribuynuzlu heyvandarlıq kompleksi, balıqçılıq təsərrüfatı tərəvəz istixanaları tikiləcək. Layihə 3 mərhələ üzrə həyata keçirilir.

  • 1-ci mərhələdə 2,8 NVt gücündə Günəş elektrik stansiyası (GES) və AEYK-in inzibati binasının tikintisi nəzərdə tutulması.
  • 2-ci mərhələı- 1000başlıq heyvandarlıq kompleksi, istixana və 300 yaşayış evinin, hibrid stansiyası üzrə 3,2 MVt-lıq günəş, 1 MVt-lıq geotermal, 2 MVt-lıq biokütlə stansiyalarının tikilib istifadəyə verilməsi nəzəərdə tutulmuşdur. Bu mərhələ üzrə işlər davam edir.
  • 3-cü mərhələ - 2018-ci ildə layihə üzrə bütün işlər yekunlaşdırılacaqdır.

"Enerji-məhsul" qapalı texnoloji tsiklərin yaradılması əsasında kənd təsərrüfatı məhsullarından bioenerji konplekslərinin yaradılması, bu komplerkslər ətrafında yeni yaşayış məntəqələrinin formalaşdırılması və müasir tələblərə cavab verən aqroenerji infrastrukturunun yaradılçası Dövlət Agentliyinin əsas strateji məqsədlərindən biridir. Bunun üçün 2020-ci ilə qədər Azərbaycanın hər bir iqtisadi rayonunda aqroenerji kompleksinin yaradılması nəzərdə tutulur.

 

Ağıllı şəbəkə

Ağıllı şəbəkə layihəsi - Qobustan HES-də istehsal olunan elektrik enerjisinin müasir İKT texnologiyalarındam istifadə etməklə istehlakçılara itkisiz çatdırılması və səmərəli şəkildə paylanması məqsədi ilə Dövlət Agentliyi tərəfindən "ağıllı şəbəkə"nin qurulmasına artıq başlanılmışdır. Bu şəbəkə vasitəsi ilə ilkin mərhələdə Qobustan şəhəri, sonradan bütün Qobustan rayonunun elektrik enerjisi ilə təminatı həyata keçiriləcəkdir.

 

Qaradağ-Səngəçal Günəş Elektrik Stansiyası

Qaradağ rayonun Səngəçal qəsəbəsi yaxınlığında quraşdırılan günəş elektrik stansiyasının layihə gücü 9 MVt-dir. Layihənin icrasında 2014-cü ildə başlamış və hazırda layihə üzrə işlər davam etdirilir.Quraşdırılacak elektrik stansiyası Səngəçal qəsəbəsinin və ümumilikdə Qaradağ rayonunun elektrik enerjisinə olan ehtiyacının daha yüksək səviyyədə təmin edilməısinə xidmət edəcəkdir. Stansiyada ən çox texnologiyalarla hazırlanmış 36 minə yaxın günəş panelinin quraşdırılması və etibarlı elektrik ötürmə sisteminin yaradılması.

Azərbaycanda ilk hibrid tipli elelktrik stansiyası Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi olmuşdur. Bu sahədə ən mühün addımlardan biri 78 MVt qoyuluş gücünə malik Samux Aqroenerji və Yaşayış Kompleksinin tikintisidir. Bundan əlavə Naxçıvan, Oğuz, Gədəbəy, Balakən, Neftçala rayonlarında qurulacaq 10 MVt gücündə HES-lərin texniki-iqtisadi əsaslandırmaları hazırlanır.

 

Külək adası-1

Külək adası.jpg

Külək adası-1 layihəsi Xəzər akvatoriyasında Pirallahı və Çilov adalarılnı birləşdirən unikal külək elektrik stansiyasıdır. Stansiyanın lajihə gücü 200 MVt təçkil edir. Bu layihənin 2016-2018-ci illərdə reallaşdırılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi eyni zamanda bir neçə mühüm məsələnin həlli nəzərdə tutuıur: Abşeron yarmadasında bilavasitə istehlakçılara yaxın ərazidə yeni generasiuya mənbəyinin və elektrik şəbəkə infrastrukturunun yaradılması və istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlığın təmin edilməsi; Elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz yanacağına qənaət edilməsi və atmosferə atılan zərərli tullantıların azaldılması; Çilov adası ilə birbaşa avtomobil nəqliyyat infrastrukturunun yaradılması və digər sosial məsələlərin həllinin sürətləndirilməsi.

 

Hövsan Aerasiya Stansiyası

Yaxın illərdə Hövsan Aerasiya Stansiyasında çirkab suların təmizlənməsi nəticəsində yığılan tullantılardan enerji alınması üçün bioenerji stansiyasının quraşdırılması layihəsinin həyata keçirilməsi planıaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd çirkab sularının təmizlənməsi, zəhərli qazıarın və tullantıların utilizasiyası və enerjisinin alınmasıdır. Bu stansiya vasitəsi ilə Türkan və Hövsan qəsəbələrinin istilik və elektrik enerji ilə təmin edəcəkdir. Bunula yamaşı stansiyanın işləməsi il ərzində 93,8 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR