Dərc edildi: Baxış sayı: 620
ALPINA Burkard Bovensiepen GmbH + Co. KG HAQQINDA
ALPINA Burkard Bovensiepen GmbH + Co. KG - BMW əsasında avtomobil istehsal edən alman şirkətidir. Bavariyanın Şərqi Alqo rayonunun Buhloe şəhərində yerləşir.
TARİXİ
Şirkət 1965-ci ildə Burhard Bovenzipen tərəfindən təsis edilmişdir. Şirkətin adı, ofis avadanlığı istehsal edən, lakin 60-cı illərin sonlarında fəaliyyətini dayandırmış, bundan sonra tekstil işinə keçmiş atası Rudolf Bovenzipenin adı ilə bağlıdır. Burhard Bovenzipen şirkəti Kaufboyren şəhərindəki binasına yerləşdi və əsasən karbürator və silindr başlıqları ilə işləyən BMW avtomobillərinə son şəkil vermə ilə məşğul olurdu. 1970-ci ilə qədər 70 nəfərlik bir heyətə sahib olan şirkət Buhloeyə köçdü. 1983-cü ildən etibarən şirkət Almaniyanın Federal Nəqliyyat Agentliyinin avtomobil istehsalçılarının reyestrində müstəqil istehsalçı kimi qeydə alınır və onun avtomobilləri Alpina adlanır, lakin hələ də seriyalı BMW modellərinə əsaslanırlar, daha güclü BMW modellərinin güc aqreqatlarından (asqı elementləri, əyləc sistemləri) istifadə olunur və daha güclü BMW dilerlərinə xidmət edə bilər. Orijinal BMW avtomobillərindən BMW ALPINA avtomobillərini fərqləndirən cəhətlər bunlardır: kompressorlardan geniş istifadə olunması, mühərrikdə porşen qrupunun dəyişilməsi, əlavə interkulerlərin quraşdırılması, ötürücü qutunun nizamlama işləri, avtomobilin ağırlığının azaldılması və özünün hazırladığı aerodinamik komponentlərindən istifadə edilməsi. Həmçinin Alpina, müştərilərin istəklərinə uyğun olaraq avtomobil salonlarının fərdi işlənməsi üzrə ixtisaslaşır.
Alpina tüninq atelyesi deyil və hazır BMW avtomobillərinin Alpinaya işlənməsi mümkün deyil. Avtomobil əvvəldən BMW-də Alpina kimi sifariş edilir və yığılır.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət