Dərc edildi: Baxış sayı: 677
Almaz daşının daxilində hərəkət edən kiçik almaz - Rusiyada unikal tapıntı
Rusiyanın Yakutiya bölgəsində unikal təbii tapıntı qeydə alınıb.
Faktxeber.com Rusiya KİV-lərinə istinadən məlumat verir ki, torpaqdan təbii daşların tapıntısı və istehsalı ilə məşğul olan "Alrosa" şirkətinin əməkdaşları almaz daşının içində ikinci almaz daşının yerləşdiyini və tədricən hərəkət etdiyini müşahidə ediblər.
Mütəxəssislər bildirir ki, belə bir "almaz matryoşka" dünya mədən tarixində ilk tapıntı hesab olunur. Daş 0,62 karat ağırlığında, daxili büllurun çəkisi isə 0,02 karat olaraq qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət