Dərc edildi: Baxış sayı: 590
Almatı metrosunda "koronavirus" zarafatı edən gənc həbs olundu
Qazaxıstanda "koronavirus" zarafatı edən gənc saxlanılıb.
Axşam.az xəbər verir ki, 23 yaşlı bloqqer Almatı şəhərində metrolardan birində pandemiya xəbərləri yayıldığı bir vaxtda insanlarla zarafat etmək qərarına gəlib. O, yalandan insanların üstünə öskürərək onlarda təşviş yaradıb.
Öz hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirən bloqqer bununla da hüquq-mühafizə orqanlarının diqqətini çəkib. O, saxlanılaraq polis bölməsinə gətirilib. Etdiyi hərəkətə görə peşman olan və üzr istəyən gənc 10 sutkalıq həbs olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət