Slimfit
  1. AVTO VƏ MOTO

Almanlar yay fəsli üçün ən yaxşı təkərlərin siyahısını açıqlayıblar

Almanlar yay fəsli üçün ən yaxşı təkərlərin siyahısını açıqlayıblar
Sakura

Almanlar yay fəsli üçün ən yaxşı təkərlərin siyahısını açıqlayıblar

Məşhur "Auto Bild" nəşri 245/45 R 18 ölçülü minik maşınları şinlərinin əlli modelini sınaqdan keçirib.

Proqrama idarəetmə testləri daxil edilməyib - jurnal yalnız bu 50 dəst təkərin quru və nəm səthlərdə nə dərəcəsə effektiv yavaşlamanı təmin etdiyini açıqlayıb. Bunun üçün 5-ci seriya BMW avtomobili müvafiq olaraq, 100 və 80 km / saat sürətlə çoxsaylı sərt tormozlama yerinə yetirməli olub.

İştirakçıların seçimində modellərin qiyməti meyar kimi nəzərə alınmayıb- "Auto Bild", qeyd olunan ölçüyə uyğun gələn bütün şinlərin sınağını aparıb. Sınaqçılar ilk mərhələdən sonra iyirmi növü çıxdaş edərək 30 təkər üzərində dayanıblar. Onların arasında isə ən yaxşı nəticəni Michelin Pilot Sport 4 göstərib - quru və nəm səthlərdə tormoz məsafəsi müvafiq olaraq 29,8 və 32,1 m olub.

Qalan nəticələr aşağıdakı cədvəldə təqdim edilir:

 

 

Təkər modeli

Quru səthlərdə

əyləc məsafəsi, m

 

Nəm səthlərdə

əyləc məsafəsi, m

Michelin Pilot Sport 4

29,8

32,1

Nokian PowerProof

29,1

32,9

Bridgestone Potenza S001

28,7

33,5

Continental PremiumContact 6

30,2

33,2

Kumho Ecsta PS71

29

34,9

Goodyear Eagle F1 Asymmetric 5

30,8

33,2

Nexen NFera Sport

30,9

33,2

Vredestein Ultrac Vorti

31,3

33,4

Apollo Aspire XP

30,3

34,7

Hankook Ventus S1 evo 3

30,3

34,7

Firestone Roadhawk

30,8

34,3

Fulda SportControl 2

31,7

34,2

Kleber Dynaxer UHP

32,3

34,1

Laufenn S Fit EQ+

32,6

34

Falken Azensis FK510

30,7

36

Toyo Proxes Sport

31,5

35,4

Dunlop SportMaxx RT 2

33

34,3

Zeetex HP 200 vfm

31,8

36

Uniroyal RainSport 3

32,4

35,7

Maxxis Victra Sport 5

33,4

34,8

Mənbə: autorambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR