Dərc edildi: Baxış sayı: 496
Almanlar böhrandan çıxmağın yolunu tapıblar - Həftədə 4 gün işləyəcəklər
Almaniyada böhranın aradan qaldırılmasına kömək üçün iş həftəsinin dörd günə endirilməsi təklif olunub.
Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki,belə bir təkliflə ölkənin Əmək naziri Hubertus Hayl çıxış edib.
Onun sözlərinə görə, qismən kompensasiya ödənişləri ilə iş həftəsinin azaldılması uyğun tədbir ola bilər. Hayl əsas şərtin sosial tərəfdaşların razılığı olduğunu qeyd edib:
“Böhrandan birlikdə çıxmaq üçün yaxşı və praktik düşüncələrə ehtiyacımız var”.
IG Metall sənaye birliyinin rəhbəri Yorq Hofman da hesab edir ki, dörd günlük iş həftəsi avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab verə biləcək və iş yerlərinin saxlanmasına kömək edəcək
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət