Dərc edildi: Baxış sayı: 499
Almaniyanın Xarici İşlər naziri Türkiyəyə səfər edəcək
Almaniyanın Xarici İşlər naziri Hayko Maas Türkiyəyə səfər edəcək.
Ens.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Türkiyə XİN-in verdiyi məlumata görə, avqustun 25-də baş tutacaq səfər zamanı Ankarada Hayko Maas və Mövlud Çavuşoğlu arasında keçiriləcək görüşdə iki ölkə arasında qarşlıqlı münasibətlər, Türkiyə - Avropa İttifaqı arasındakı əlaqələr, şərqi Aralıq dənizi və regional məsələlər müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət