Almaniyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm şəxsən öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.
Milli bayramınız bu il xüsusilə çətin şəraitdə qeyd edilir. Ümid edirəm ki, koronavirus böhranının böyük çağırışlarının öhdəsindən birgə qlobal səylərimizlə gələ biləcəyik.
Biz son 28 ildə ikitərəfli münasibətlərimizin çox müsbət inkişafını müşahidə etdik. Ümid edirik ki, iqtisadi və sosial islahatlar kursu əməkdaşlığımız üçün növbəti perspektivlər açacaqdır. Mənim ölkəm bütün səviyyələrdə şəxsi söhbətlər və səfərlər vasitəsilə Azərbaycanla bu sıx münasibətlərin davam etdirilməsini və dərinləşdirilməsini həvəslə gözləyir.
Sizə və xalqınıza, ilk növbədə, cansağlığı, sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Frank-Valter Ştaynmayer
Almaniya Federativ Respublikasının Prezidenti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət