Almaniyalı professor: Bu 4 amil damarları sıradan çıxardır
Damarlarımız çox vacib funksiyanı yerinə yetirir – oksigen və qidalı maddələri orqanizmin bütün hüceyrələrinə çatdırır. Bu səbəbdən damarlar açıq və elastikdirsə orqanlar yaxşı qidalanır.
Əks halda isə orqanlar onlara lazım olan oksigen və maddələri almır və bu da müxtəlif xəstəlik və pozulmaların inkişafına səbəb ola bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Münxen Texniki Universitetinin professoru Martin Halle damarlara ən çox ziyan vuran amilləri sadalayıb
Siqaret çəkmək
Nikotin damarı daraldır. Bunu hamı bilir. Lakin siqaretlərin damarlara digər daha da ciddi mənfi təsiri var. Siqaretlərin tərkibində olan ziyanlı maddələr damarların daxili qatını sanki əridir, “çapıq” və “dəlik”lərin əmələ gəlməsinə səbəb olur.
Yüksək şəkər
Qanda şəkərin daim yüksək səviyyədə olması damarları iltihablaşdırır, damarların daxili divarını ciddi zədələyir. İltihablaşmış damarlarda xolesterin daha tez yığılır ki, bu da arterosklerozun inkişafına və ya daha da artmasına səbəb olur.
Yüksək xolesterin
Xolesterinin damarlarda yığılması onları daraldır, zəif və kövrək edir. Belə damarların partlaması riski yüksək olur. Bu isə infarkt, insult və digər ağır pozulmalara səbəb ola bilər.
Yüksək təzyiq
Damarlar zədələnibsə təzyiqin yüksəlməsi çox təhlükəli olur. Zəif, kövrək damarlar qanın təzyiqinə tab gətirməyib asanlıqla partlaya bilər.
Damarları sağlam saxlamaq üçün nə etməliyik?
Professor daha çox tərəvəz və polidoymamış yağlı turşularla zəngin olan məhsulları (balıq, çərəzlər, soya) yeməyi, hər gün açıq havada gəzməyi, daim bədən çəkisini normada saxlamağı tövsiyə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət