Slimfit
  1. DÜNYA

Almaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi

Almaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi
Sakura

Almaniyalı məşhur jurnalist Ermənistanın yalanını ifşa etdi

Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb. 

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə o “Twitter” səhifəsində paylaşım edib.

“İpucu: əgər dron vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin nişan aldığı dar korpuslu ikimühərrikli mülki təyyarə göstərməyin”, - Y.Röpke vurğulayıb. 

Onun bu paylaşımı sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyini gülünc obyektinə çevirib.

Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Yulian Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus PUA-nın guya vurulması barədə Ermənistan tərəfinin açıqlamasının həqiqətə uyğun olmadığını, bunun növbəti dezinformasiya xarakterli məlumat olduğunu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR