Slimfit
  1. DÜNYA

Almaniyalı hərbçi Rusiyaya casusluqda ittiham edildi

Almaniyalı hərbçi Rusiyaya casusluqda ittiham edildi
Sakura

Almaniyalı hərbçi Rusiyaya casusluqda ittiham edildi

Almaniya Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluqda və rəsmi sirləri açıqlamaqda ittiham edib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Hərbçi Tomas H. 9 avqust 2023-cü ildə saxlanılıb. O, Federal Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqlər İdarəsində (Almaniya Müdafiə Nazirliyinə tabe olan struktur) işləyib. Bu idarə həm də Almaniya Silahlı Qüvvələri üçün hərbi məhsulların satın alınması ilə məşğul olub.

Tomas 2023-cü ilin may ayından etibarən öz təşəbbüsü ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğu və Berlindəki Rusiya səfirliyi ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib.

“Təqsirləndirilən şəxsin xarici kəşfiyyata işlədiyini söyləmək üçün kifayət qədər əsaslar var. Bu baxımdan o, həm də rəsmi sirri yaymaqda ittiham olunur”, - prokurorluq qeyd edib.

Bildirilib ki, hazırda Tomas H. istintaq təcridxanasındadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR