Dərc edildi: Baxış sayı: 404
Almaniyadan ABŞ-ı qəzəbləndirəcək qərar
Almaniya 5G infrastrukturunun qurulmasında Çin şirkəti "Huavey"ə hər hansı məhdudiyyət tətbiq etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Zaybert məlumat verib.
Zaybert qeyd edib ki, Almaniya heç bir şirkət və hər hansı şəxsə qarşı qərəzli mövqedə deyil.
Xatırladaq ki, ABŞ 5G ilə bağlı "Huavey"ə məhdudiyyətlər tətbiq edib və digər ölkələri də eyni addımı atmağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət