Dərc edildi: Baxış sayı: 522
Almaniyadakı şirkətlər təcili xaricdən işçilər axtaracaq
Şirkətlər kifayət qədər ixtisaslı işçi tapmasa, Almaniyanı tərk edə bilərlər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Almaniya Kansleri Angela Merkel yayımladığı video-mesajında deyib.
Avropa Birliyi (AB) ölkələrindən 2.5 milyon insanın Almaniyada çalışmasından məmnun olduğunu deyən Merkel AB xaricindəki ölkələrdən də ixtisaslı işçilərin cəlb edilməsinin vacibliyini vurğulayıb: “Xeyli sayda biznesmen və şirkət təcili şəkildə ixtisaslı işçi axtarır. İxtisaslı işçilər üçün əmək sərf etməliyik. Əks təqdirdə, şirkətlər başqa yerə getməyə məcbur olacaqlar. Əlbəttə, bunu istəmirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət