Dərc edildi: Baxış sayı: 255
Almaniyada sovet evləri tarixi abidə kimi tanındı
Almaniyada sosializm dövründə tikilmiş panel evlər memarlıq abidələri kimi tanınıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Qeyd olunub ki, söhbət 1970-ci ildə ADR-də hazırlanmış və 1973-cü ildə tikintisinə başlanmış Wohnungsbauserie 70 (WBS 70) panel evlərindən gedir. 1990-cı ilə qədər Şərqi Almaniyada 1,3 milyona yaxın belə mənzil istifadəyə verilib. Onların bir çoxu sonradan sökülüb, lakin ölkədə orijinal 70 bina qalıb.
Leypsiq abidələrini mühafizə xidmətinin rəhbəri Klaus Yeştedt əlavə edib ki, Rostok, Drezden, Qer, Halle və Bernauda bütün panel məhəllələri abidə kimi tanınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət