Almaniyada qoruyucu maskadan istifadə etməyənlər 50 avro cərimələnəcək
Almaniya hökuməti və Almaniya federal əyalətlərinin hakimiyyəti ictimai nəqliyyatda, dükanlarda, ictimai qurumlarda, uşaq bağçaları və məktəb ərazilərində qoruyucu tibbi maskanın taxılmamasına görə 50 avro məbləğində cərimə tətbiq edilməsinə razılıq verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Almaniya kansleri Angela Merkel bildirib.
"Vəzifə səlahiyyətlərini pozan hər kəs ciddi cəzalara məruz qalacaq. Yay aylarında müşahidə olunan artımı olduqca ciddi qəbul edirik", - deyə Merkel bildirib.
Almaniyada bu ilin sonuna qədər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Bu, idman azarkeşlərinin yarışlara qatılmağı məsələsini şübhə altına salır. Artıq məlumdur ki, payızda keçirilməli Berlin Marafonu və “Oktoberfest” pivə festivalı baş tutmayacaq, eyni zamanda, azarkeşlər Bundesliqa matçlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, hazırda Almaniyada koronavirusa yoluxanların sayı artmaqdadır. Ötən gün ərzində sözügedən virusa 1 507 nəfər yoluxub ki, Almaniyada bu cür temp may ayında qeydə alınıb. Ümumilikdə, 237 936 ölkə sakinində koronavirus aşkarlanıb
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət