Slimfit
  1. DÜNYA

Almaniyada pirotexnika qanunla ciddi tənzimlənir

Almaniyada pirotexnika qanunla ciddi tənzimlənir
Sakura

Almaniyada pirotexnika qanunla ciddi tənzimlənir

 Hesablanmışdır ki, almanlar hər il bayram pirotexnikasına 130 milyon avrodan çox pul xərcləyirlər. Amma qanunvericilik bu məsələdə hərc-mərcliyi istisna edir və fişəngləri harada, nə vaxt və necə partlatmaq olmasını ciddi tənzimləyir.

AZƏRTAC xəbər verir ki, Almaniyada səmanın fişənglərlə fərdi qaydada işıqlandırılmasına yalnız Yeni il gecəsində icazə verilir. Bu təlimata riayət etməyənləri 10 min avroya qədər cərimə gözləyir.

Bayram pirotexnikasını açıq satışda cəmi bir neçə gün ərzində - 2019-cu ildə Yeni il üçün dekabrın 28-dən 31-dək almaq olar.

Xəstəxanaların və qocalar üçün evlərin yaxınlığında, həmçinin təbiəti mühafizə zonalarında fişəng buraxmaq olmaz. Bundan başqa, şəhərlərin çoxunda ayrı-ayrı rayonlar pirotexnika üçün bağlı elan edilir.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR