Dərc edildi: Baxış sayı: 505
Almaniyada kişiləri məişət zorakılığından qorumaq üçün proqram hazırlanıb
Almaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.
BAKU.WS xəbər verir ki, bu səbəbdən ölkədə kişilərin məişət zorakılığından müdafiə proqramı hazırlanıb.
Proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.
Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət