Almaniyada dinozavrları yemiş piranyaların qalıqları tapılıb
Alimlər Bavariya ərazisində dişləri balıqların, dinozavrların və digər Yura dövrünün nəhəng heyvanlarının ətini yemək üçün uyğunlaşan Yerin ilk piranyalarından birinin qalıqlarını aşkar ediblər.
“Bu balıq ailəsinin bütün nümayəndələri balıqqulağını parçalamaq üçün uyğunlaşan çox “düz” dişlərinə malikdir. Buna görə də “piranya”nın kəşfi bu bizim canavar dişlərinə malik olan qoyun tapmağımız kimidir.
Daha da təəccüblüsü onun yaşıdır - bizə məlum olan bütün Yura dövrünün balıqları qurbanını bütövlükdə udurdu, onu parçalamırdılar”, - Ayhştettedəki (Almaniya) Yura muzeyindən olan Martina Kelbl bildirib.
Amazon suları və Cənubi Amerikanın bəzi digər çaylarının sularında yaşayan piranyalar Yerdəki ən aqressiv balıqlar hesab olunur. Onlar heç vaxt heyvanlara və ya quşlara hücum etmək imkanını qaçırmırlar, onlara hücum edərək bədənlərindən ət parçalarını qoparırlar.
2011-ci ilin oktyabr ayında alimlər aşkar ediblər ki, balıqlar öz hərəkətlərini bəzən xarakterik səslər müşayiət edir.
Qazıntılar göstərir ki, müasir piranyalar rekord səviyyədə dişləmə gücünə baxmayaraq, 10-8 milyon il əvvəl Amazonda yaşamış qədim növlərlə müqayisədə cırtdan olublar.
Məsələr, meqapiranyalar (Megapiranha paranensis) 70sm uzunluğa malik idilər və onların çənələri elə gücə malik idi ki, onlar asanlıqla inək və ya başqa nəhəng heyvanın sümüyündən santimetrlik tikə qopara bilərdilər.
Kelbl və onun həmkarları kiçik, amma hələlik Yerdəki ən qədim piranyaları kəşf etdilər, bunun üçün Bavariyanın mərkəzi regionlarında qazıntı apardılar ki, burada da ən qədim “ilk quş” olan arxeopteriksin qalıqları tapılmışdı.
“Biz Bavariyanın bu ərazisində üzgəcləri və bədənin digər hissələri olmayan balıq bədənlərinin izlərini tapdıq.
Bu müasir piranyaların balıqlara hansı travmalara səbəb olmasına çox oxşayır - üzgəclər məlumdur ki, əksinə inkişaf edir, bu da aqressiv yırtıcılar üçün özünəməxsus “tükənməz” qida mənbəyi verir”, - Taunsvilldəki (Avstraliya) Ceyms Kuk Universitetindən Kelbl-in həmkarı Devid Bellvud izah edir.
İki il əvvəl Bellvud onun güman edilən qurbanlarının yaxınlığında tapılmış qeyri-adi qazıntı tapdı.
Görünüşcə o, Pycnodontiformes sırasından olan balıqlara bənzəyirdi ki, dayaz mərcan rifləri ərazilərində yaşayır və kiçik xərçəng və molyuskalarla qidalanırdılar.
Piranhamesodon pinnatomus adı alan balıq onların sırasına uyğun deyildi. Fəsillərinin rentgen çəkilişlərinin göstərdiyi kimi, onun çənəsi beş sıra iti dişlərlə əhatə olunub, hazırda amazon piranyalarında rast gəlinən xarakterik xəncər formasına malikdir. Çənənin özü geniş açıla bilməzdi, amma bununla belə çox güclü dişləməyə malik idilər.
Alimlər güman edirlər ki, bu qədim “piranyalar” özlərinin müasir növləri kimi özlərinin qidasını böyük və yavaş üzən balıqlara hücum edərək və onların üzgəclərini qopararaq təmin edirdi, həmçinin hansısa səbəbdən suda olan dəniz yırtıcı və dinozavrlara da hücum edirdilər.
Bellvud qeyd edir ki, onun kəşfi onu göstərir ki, piranyaların əcdadları əvvəlcə şirin su hövzələrində deyil, mərcan riflərində yaşayıblar, oradan da onlar Amazon və Cənubi Amerikanın digər çaylarına düşə bilərdilər.
Mənbə: Quibbll.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət