Slimfit
  1. AVTO VƏ MOTO

Almaniyada 5G rabitəli iqlimə həssas neytral avtomobil zavodu açıldı

Almaniyada 5G rabitəli iqlimə həssas neytral avtomobil zavodu açıldı
Sakura

Mercedes-in bütün flaqman modellərini istehsal edəcək

 Yeni ultra-modern avtomobil zavodu Almaniyada Daimler avtomobil istehsalçısı tərəfindən açılıb.

 Müəssisə, konsern müəssisələrinin ənənəvi yerində - Zindelfingen şəhərində  yaradılıb.

 Factory 56 adını alan  zavodun 30 futbol sahəsi boyda yeri var və  onların tikinti dəyəri 730 milyon avro təşkil edib.

 Müəssisənin bildirdiyinə görə, yeni istehsal  son nəsil rəqəmsal texnologiya ilə yanaşı, 5G simsiz rabitə ilə təchiz edilmişdir.  Zavod eyni zamanda iqlim baxımından neytraldır, yəni istixana qazı tullantıları, texnologiyalar və yeni meşələrin salınması  ilə neytrallaşdırılır.

 Yeni zavod Maybach və EQS elektromobili də daxil olmaqla Mercedes-in bütün flaqman modellərini istehsal edəcəkdir. Zavodda  təkcə S- sinfi buraxılışı üzrə 1500 işçi iki növbədə çalışacaq.

Mənbə: ren.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR