Slimfit
  1. DÜNYA

Almaniya və Belçikada koronavirus qurbanlarının sayı kəskin artdı

Almaniya və Belçikada koronavirus qurbanlarının sayı kəskin artdı
Sakura

Almaniya və Belçikada koronavirus qurbanlarının sayı kəskin artdı

Almaniyada 17, Belçikada isə daha 13 nəfər koronavirus infeksiyasından ölüb.

Report” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada ölənlərin sayı 111, Belçikada isə 88-ə çatıb.

Bundan başqa, hər iki ölkədə koronavirusa yoluxanların sayında da artım müşahidə edilib. Virus daşıyıcılarının sayı Almaniyada 26 220, Belçikada isə 3 743 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 350 677-yə çatıb. Bunların 100 569 nəfəri sağalıb, 15 321 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR