Almaniya Türkiyəni tələyə çəkməyə çalışır
Həftəlik "Der Spigel" jurnalı Almaniya hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etməsi üçün Türkiyəni inandırmağa çalışdığını yazıb.
FaktXəbər bildirir ki, jurnalın yazdığına görə, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ilə alman həmkarı Olaf Skolzun cümə günü telefon danışığında bu məsələ əsas müzakirə mövzusu olub.
Skolzun Türkiyənin BVF-yə müraciət etmə məsələsini bir daha nəzərdən keçirməsi istiqamətində türk həmkarı Albayrakı təşviq etməyə çalışdığı bildirilir. Buna cavab olaraq isə Albayrakın gələn həftə Körfəz ölkələrinə səfər edərək maliyyə dəstəyi istəyəcəyini dediyi vurğulanır.
Qeyd edək ki, Albayrak son günlər verdiyi açıqlamalarda, Türkiyə hökumətinin BVF-yə müraciət etmə kimi bir planının olmadığını, hədəflərinin xarici investorlar cəlb etmək olduğunu qeyd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət