Slimfit
  1. DÜNYA

Almaniya təyyarə biletlərinə vergini artıracaq

Almaniya təyyarə biletlərinə vergini artıracaq
Sakura

Almaniya təyyarə biletlərinə vergini artıracaq

Almaniya hökuməti 2020-ci ilin aprel ayından qatar biletlərinə əlavə dəyər vergisini 19 faizdən 7 faizə qədər azaldacaq, bunun əvəzində isə təyyarə biletləri bahalaşacaq. Hökumət bu dəyişikliyi ətraf mühit və qlobal istiləşmə amili ilə əlaqələndirir. Təyyarə biletlərinə tətbiq ediləcək vergi uçuş məsafəsindən asılı olaraq dəyişəcək. 2.500 kilometrə qədər məsafəyə uçuşlar üçün vergi 74 faiz artırılacaq – 7,5 avrodan 13,03 avroya çatdırılacaq. 2.500-6.000 kilometr məsafə üçün verginin artımı 41 faiz olacaq: 23,43 avrodan 33,01 avroya qaldırılacaq, 6.000 kilometrdən artıq uçuşlar üçün tutulan verginin məbləği 42,18 avrodan 59,43 avroya çatdırılacaq. Maya dəyərindən ucuz bilet satışına icazə verilməyəcək.

Bu addımın atılması sayəsində hər il əlavə 740 milyon vəsait əldə ediləcəyi gözlənilir. Bu isə qatar biletləri üçün tətbiq ediləcək ƏDV-nin güzəştindən itiriləcək məbləğdən əhəmiyyətli dərəcədə çoxdur.

Mənbə:  fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR