Dərc edildi: Baxış sayı: 516
Almaniya səfiri: 'Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların səmərə verəcəyinə ümidvarıq'
"Dağlıq Qarabağ ətrafındakı mövcud status-kvo qəbuledilməzdir".
“Report” xəbər verir ki, bunu mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların gedişinə münasibət bildirən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.
“Biz məsələnin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səyləri, həmçinin Anjey Kaspşikin fəaliyyətini dəstəkləyirik. Danışıqları maraqla izləyirik. Dövlət başçıları arasındakı danışıqların davam etməsinə və səmərə verəcəyinə ümidvarıq”, - almaniyalı diplomat qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət