Dərc edildi: Baxış sayı: 418
Almaniya Rusiya sərhədində ordusunu artırır
Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının fəaliyyətini dayandırmasıyla əlaqədar Almaniya NATO ilə Baltikyanı ölkələrdə öz hərbi missiyasının genişləndirilməklə əlaqədar olaraq məsləhətləşmələr aparmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu Almaniya Müdafiə naziri Anneqret Kramp Karrenbauer Litvaya səfəri zamanı deyib.
Litva Müdafiə naziri Raymundas Karoblis isə öz növbəsində NATO ölkələrini Litvada hava hücumundan müdafiə qüvvələrini genişləndirməyə çağırıb.
Qeyd edək ki, NATO qüvvələri Baltikyanı ərazilərdə 2017-ci ildə yerləşdirilib. Litvada yerləşdirilən NATO batalyonunun komandanlığını üzərinə Almaniya götürüb. Burada 1200 hərbçi yerləşib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət