
Almaniya Prezidenti Trampı son davranışına görə sərt tənqid etdi
Almaniya prezidenti Frank - Valter Ştaynmayer dünən Oval kabinetdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı ABŞ lideri Donald Trampın davranışlarını sərt ifadələrlə tənqid edib.
Ens.az Teleqraf.Az-a istinadən xəbər verir ki, Ştaynmayer Uruqvaya uçuş zamanı Almaniyanın DPA xəbər agentliyinə məlum görüş barədə fikirlərini bölüşüb.
"Danışıqlar aparan tərəfdaşlar bütün dünyanın gözü qarşısında alçaldıldıqda diplomatiya uğursuz olur. Dünən Ağ Evdəki səhnə nəfəsimi kəsdi. Mən heç vaxt inanmazdım ki, bir gün Ukraynanı ABŞ-dən müdafiə etməli olacağıq " , - Almaniya dövlət başçısı bildirib.
Xatırladaq ki, ötən gün Ağ Evdə keçirilən danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri yüksək səslə mübahisə ediblər. Tramp Zelenskini nankorluqda ittiham edib. Mübahisəyə ABŞ vitse-prezidenti də qoşulub .
Tramp daha sonra Zelenskinin sülhə hazır olmadığını bildirib. Həmçinin Tramp - Zelenski brifinqi ləğv edildi, minerallarla bağlı razılaşma təxirə salındı.
Daha sonra ABŞ-ın dövlət katibi Marko Rubio CNN telekanalına müsahibə verib və o, bildirib ki, Ukrayna Prezidenti ABŞ liderindən üzr istəməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət