Dərc edildi: Baxış sayı: 856
Almaniya məktəblərində hicabı qadağan edirlər
Mayda Avstriyada 14 yaşı tamam olmayan qızlara məktəbə hicabla getmək qanunla qadağan edilmişdi. Bu qadağa Almaniyada da tətbiq olunacaq.
Bizimyol.info xəbər verir ki, Avropa ölkəsi hicabla bağlı qanun qəbul etməyə hazırlaşır. Bu haqda “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Onun bildirdiyinə görə, konstitusiya hüququ üzrə ixtisaslaşan siyasətçi Martin Nettesheym bununla bağlı xüsusi hesabat hazırlayıb. Siyasətçi hesabatında konstitusiyanın tələblərinə zidd addım atılmadığını əsaslandırmağa çalışıb.
“Bild” qəzeti hicabla bağlı başını örtən qadınlar arasında sorğu keçirib. Rəyi soruşulanların az qala hamısı başını örtməyin öz arzusu olduğunu bildirib. Qadağa ilə bağlı tənqidi fikirlər səslənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət