Slimfit
  1. MARAQLI

Almanın bu faydaları da varmış. Mütləq oxuyun!

Almanın bu faydaları da varmış. Mütləq oxuyun!
Sakura

Almanın bu faydaları da varmış. Mütləq oxuyun!

Ən əlçatan və ucuz meyvələrdən biri olan almanın bilmədiyimiz faydaları da var.

Saglamolun.az meddaily.ru-ya istinadla xəbər verir ki, tanınmış rusiyalı diyetoloq Oksana Skitalinskaya almanı hər gün istehlak etməyi tövsiyə edir.

Alma ürək-damar sistemi üçün çox faydalıdır, bağırsaqların normal fəaliyyətini təmin edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Bununla yanaşı alma yuxusuzluq problemində də kömək edə bilər. Alma orqanizmdə "yuxu hormonu" adlandırılan melatoninin ifrazını stimullaşdırır. Melatonin həmçinin orqanizmə cavanlaşdırıcı təsir edir, immun sistemini möhkəmləndirir, xərçəng və ürək xəstəliklərin riskini azaldır.

 

Həmçinin almanı təbii antidepressant hesab etmək olar. Almanın tərkbində olan fitonutriyentlər orqanizmdə serotonin və dofamin neyromediatorların səviyyəsini artırır. Bu 2 neyromediator bizim yaxşı əhvalımız və yüksək iş qabiliyyətimizi təmin edir, depressiyadan qoruyur.   

Annals of Oncology jurnalıda dərc olunmuş məqalədə alimlər qadınlara süd vəzi xərçənginin riskini azaltmaq üçün hər gün alma yeməyi tövsiyə edirlər. Araşdırma göstərib ki, hər gün bir neçə alma yeyən qadınlarda bu xərçəng növünün riski 24% azalır. Həmçinin almanın müntəzəm istehlakı yumurtalıqlar, bağırsaq və mədəaltı vəzi xərçənginin riskini də azaldır.  

Diyetoloq almanı qabıqlı şəkildə yeməyi tövsiyə edir ki, məhz almanın qabığı antioksidant və fitonutriyentlərlə xüsusilə zəngindir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR