Slimfit
  1. MARAQLI

Alman turizm şirkətindən maraqlı kruiz - "Heç yerə"

Alman turizm şirkətindən maraqlı kruiz - "Heç yerə"
Sakura

Belə gəmi gəzintiləri - son pandemiyaya görə zərər çəkmiş sahəni xilas etmək cəhdidir

Almaniyanın "TUI Cruises" səyahət şirkəti Hamburq və Kiel şəhərlərindən yola çıxmaqla "heç bir yerə" dəniz kruizləri üçün bilet satmağa başlayıb.

Ens.az bildirir ki, kruiz laynerləri limanlara baş çəkmədən və digər şəhərlərdə turistlər üçün ekskursiyalar keçirmədən bir neçə gün dənizdə qalır.

Şirkət pandemiyada sərnişinlərin təhlükəsizliyinə ciddi tələblər qoyur. Məsələn, fərqli vaxtlara göyərtədə qeydiyyata alınırlar, liftlərdə və göyərtədə maska taxmaq tələb olunur və restorana girərkən hərarətləri ölçülür.

“Heç yerə” gəzintiləri zamanı şirkətlər qonaqları əyləndirir, ancaq burada da məhdudiyyətlərlə. Məsələn, adətən 1000 nəfər sərnişinin qatıldığı şouda artıq 150 nəfər iştirak edə bilər, qalanları kabinalardan translyasiyaya baxırlar.

TUI Cruises şimal və Baltik dənizlərinə turlar təqdim edir, bilet adambaşı 549 avrodan başlayır. Sentyabrın ortalarında şirkət, Kritdən çıxaraq Aralıq dənizi boyunca reyslər etməyi planlaşdırır.

Mənbə: vc.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR